SSL sertifikatın nə üçün lazım olduğu haqda qısa təsvir
SSL sizin saytınızın rəqəmsal vəsiqəsidir. Saytınızda SSL bağlantının olması sayt və brauzer arasında gedən məlumat mübadiləsinin mühafizə edilmiş kanal üzərindən olmasının sübutudur. SSL-sertifikatla qorunan sayt imkan verir ki, müştəri və sayt arasında gedən məlumatlar şifrələnsin. Bundan əlavə məlumat həmçinin rəqəmsal imza ilə də mühafizə edilir. Bu onun konfidensiallığını və təhlükəsiz bağlantısına zəmanət edir.
Standart SSL (DV) ən sadə və ən geniş yayılmış SSL sertifikat növüdür. OV və EV sertifikatları isə şirkət və ya təşkiların həqiqilini yoxlayaraq istifadəçilərə daha çox güvənli mühit yaradır.
Standart SSL (domen doğrulanması) ən sadə və ən geniş yayılmış SSL sertifikat növüdür. OV və EV sertifikatları isə şirkət və ya təşkiların həqiqilini yoxlayaraq istifadəçilərə daha çox güvənli mühit yaradır. Əgər sertifikatla bağlı çətinlik çəkirsinizsə bizə müraciət edin. Biz sizə seçim etməkdə yardımçı olacağıq.
SSL şifrələməsini sındırmaq üçün superkompüterə minlərlə il lazımdır. Bütün SSL sertifikatlarımız 256 bitlik simmetrik şifrələmə ilə silahlanıb.
Sertifikat növündən asılı olaraq sayt və onun sahibinin doğrulanması bütün mərhələlərdə aparılır. Domen sahibliyindən tutmuş, müəssisə, təşkilat və şirkətin hüquqi sənədlərinədək.
Vebsaytın SSL sertifikatına malik olması ona ziyarətçilər tərəfindən güvənin artması deməkdir. Müxtəlif növ SSL sertifikatlar müxtəlif doğrulama mərhələrindən keçir.
Tərəfimizdən təqdim edilən SSL sertifikatlar rahat şəkildə, avtomatik quraşdırılma mexanizminə malikdir və host idarəetmə paneli ilə tam və hərtərəfli inteqrasiyaya edilib.
Bütün SSL sertifikatlar kommersiyalıdır və 10.000-dan 2.750.000 ABŞ dollarınadək zəmanətə alınıb. Bu o deməkdir ki, SSL sertifikat üzündən qaynağınıza zərər dəyərsə dəymiş ziyan qarşılanacaq.
Yüksək səviyyəli SSL sertifikatla saytın təmin edilməsi onun təhlükəsizlik və məxfilik mexanizmlərinə hörmətini göstərir ki, bu da müştərilər arasında yüksək konversiyaya səbəb olur.
Our customers rate us as Excellent
Do not make a problem out of it. Write to us and we will pick up the optimal tariff plan for you, help with the formulation of the contract, answer any questions about services.