Məlumat bazası

Domeni necə transfer etmək olar? Çap et

  • 212

Əgər sizin başqa bir firmadan aldığınız domen adınız varsa, və onu bizim firmanın nəzarəti altına keçirmək istəyirsinizsə, o zaman domeni transfer etməlisiniz. Transfer prosesi domenlərin qeydiyyat prosesinə uyğundur və eyni məbləğdə qiymətləndirilir.

Bizim saytda qeydiyyatdan keçdikdən sonra müştəri paneli səhifəsinə keçib cari domeninizin adını yazıb yoxlamalısınız. Əgər müsbət cavab alsanız, transfer prosesinə davam etmək olar.

Proses uğurla başa çatdıqda, Sizə həm bizim şirkətdən, həm də cari domeni qeydiyyatdan keçirmiş domen qeydiyyatçısından məktub gələcəkdir. Bu zaman cari domen qeydiyyatçısının göndərdiyi məktubdakı təlimatı yerinə yetirərək transferə icazə verməniz vacibdir.

QEYD: Nəzərinizə çatdırırıq ki, əgər domenin vaxtının bitməsinə 45-60 gün qalıbsa, o zaman bir çox qlobal domen qeydiyyatçıları domenin transferindən imtina edə bilərlər. Eyni zamanda unutmayın ki, vaxtı bitmiş domenləri transfer etmək olmaz.


Bu cavab sizə kömək etdi?
Geri