- Bütün açılmış tətbiqləri bağlayın və ya bükün və öz əsas masaüstünüzü açaraq "Finder"-i aktivləşdirin. Öz dok-stansiyanızı aşağıdan tapın və "Safari" ikonuna (və ya istənilən istifadə etdiyiniz brauzeri) sıxın.
- İndi Tunnelblick saytına keçid edin. Tunnelblick-in ana səhifəsində naviqasiya menyusunu taparaq, "yüklə" bölməsinə keçid edin. Burada ən son stabil versiyanı seçərək proqramı endirin. Endirilmə tamamlandıqdan sonra "Yüklənilənlər" dialoq pəncərəsindən faylı və iki dəfə üzərinə sıxın.
- Tunnelblick proqramın quraşdırılma pəncərəsində "Double-click to begin" sözünün altındakı işarəyə vuraraq quraşdırmağa başlayın.
4. Sistemin təhlükəsizlik mərhəsindən asılı olaraq TunnelBlick proqramının quraşdırılması zamanı aşağıdakı dialoq pəncərələri yarana bilər. Quraşdırılmanı davam etmək üçün "Aç" düyməsini sıxın.
5. "Aç" düyməsini sıxdıqdan sonra inzibatçıya aid istifadəçi adı və şifrə tələb oluna bilər. Məlumatı daxil edərək, OK düyməsini sıxın və növbəti mərhələyə keçin.
6. Quraşdırılma tamamlandıqdan sonra "Çıxış" düyməsini sıxın.
7. Mac profillərini buradan endirin.
8. İndi Mac profillərini "unzip" edərək Sizi maraqlandıran profillərdən birinin üzərinə sıxın.
9. Profilin üzərində sıxdıqda Siz belə bir mesaj ala bilərsiniz "Install Configuration For All Users" - bu halda yalnız "Only me" düyməsini sıxın.
10. İndi ekranın yuxarı sağ küncündə Tunnelblick işarəsini görəcəksiniz. İşarəyə vurun və qoşulmaq istədiyiniz VPN yerini seçin. Başqa bir profil əlavə etmək istəyirsinizsə, əvvəlcə ekranın yuxarı sağ küncündə ikona vuraraq Tunnelblick-i bağlayın və yenidən 9-cu addımı reallaşdırın.
11. Sizə yenidən giriş detallarını daxil etmək tələb edilir. Ancaq bu dəfə Tunelblick OUR Host-dan olan VPN məlumatları tələb edir. Sizə məxsus VPN istifadəçi adı və şifrəsini daxil edərək giriş edin.
12. Siz Tunelblick işarəsinə sıxaraq bütün lazımı bildirişləri görə bilərsiniz. Əgər giriş uğurla tamamlanıbsa Siz "Connected" mesajını görəcəksiniz.