Yeni müştəri paneli və imkanlar

Yeni müştəri paneli və imkanlar

  • Bazar ertəsi, 23rd Sentyabr, 2019
  • 13:16pm

Yandex Kassa

Dəyərli müştərilər.

Bu gün OUR Host - Azərbaycan Host Provayderinin abunəçinin öz xidmətlərini idarə etməsi üçün Provayder tərəfindən təqdim edilən alət dəsti olan Müştəri paneli - Avtomatik Hesablaşmalar Sistemi - yenilənmişdir. Hazırki müştəri paneli əvvəlkindən daha çox erqonomikliyə və müştərinin rahat naviqasiyasının təmin edilməsinə xidmət edir. 

Müştərilərin rahatlığı və istədiyi xidmətə keçid etməsi, eləcə də rahat naviqasiyasının təmin edilməsi üçün ciddi radikal dəyişiklik edilməmişdir. Ümumi dizayn və bölmələrə keçid, həmçinin xidmətlərin idarə edilməsi rahatlaşdırılmışdır.

Bundan əlavə dəyişiklik təkcə dizaynla bağlı deyil. Həmçinin artıq SSL sertifikatların quraşdırılması da xeyli rahatlaşdırılaraq, ümumiyyətlə insanın fiziki müdaxiləsinə ehtiyacı sıfıra endirir. Belə ki, artıq SSL sertifikat əldə etdikdə onun üçün CSR və məxfi açarın generasiyasına, onun birbaşa host panelinə yerləşdirilməsi və inzibatçı e-poçtunu təsdiqləmək kimi əməliyyatların heç birinə ehtiyac qalmır. Siz SSL sertifikat əldə etdikdən dərhal sonra sistem özü lazım olan açarları generasiya edir, sistemə daxil edir, poçtunuzu təsdiq edib, bizim platformada yerləşən saytı avtomatik olaraq HTTPS protokoluna dəyişir.

Bundan əlavə sistem həmçinin ikili doğrulama, sosial şəbəkələr vasitəsilə qeydiyyat/giriş imkanlarını da artıq dəstəkləyir. İrəliləyən müddətdə sosial şəbəkə keçidləri ilə eyniləşdirmə imkanı da müştərilər üçün əlçatan olacaqdır.

Nəticə etibarilə bütün yeniliklər müştərilərin ümumi rahatlığına xidmət edir. Əlavə edilmiş yeni xüsusiyyətlərin kiçik xülasəsini aşağıda bir daha nəzərinizə çatdırırq:

  • Yeni dizayn və naviqasiya menyusu
  • Xidmətlərə və onların əlavələrinə rahat keçid
  • SSL sertifikatın avtomatik buraxılması, təsdiqi və tətbiqi
  • İkili doğrulama (Two-Factor Authentication)
  • Sosial şəbəkələr vasitəsilə vahid qeydiyyat/giriş sistemi

Ümid edirik ki, yeni müştəri paneli Sizin iş fəaliyyətinizi daha da rahatlaşdıracaq!

Geri