Bu gündən etibarən artıq hər bir müştəri öz hesabına depozit yatıra bilər. Bu xidmət bəzi müştərilərdə ödənişin vaxtında aparılmaması üzündən xidmətinin qapadılması hallarının qarşısını alacaq.
Xidmət həm fərdi, həm də korporativ müştərilərə yararlıdır. Belə ki, Siz səfərdə olanda, işlə məşğul olduqda, ödəniş etməyə vaxtınız olmadıqda sadəcə balansınızı artırın və xidmətin faktura ödənişi əlavə edilmiş vəsaitdən avtomatik olaraq silinəcək. Beləcə nə əlavə vaxt itkisi yaşanılacaq, nə də işinizdən ayrılacaqsınız.
Balansa minimum ₼10 manat, maksimum isə ₼500 manat* yatırmaq olar.
*Qeyd: Hesaba yatırılan vəsaitin geri alınması mümkün deyil.